Modern.az

Bakı Şəhər İcra Hakimiyyəti: “İslamçıların mitinq müraciətinə baxılacaq”

Bakı Şəhər İcra Hakimiyyəti: “İslamçıların mitinq müraciətinə baxılacaq”

30 Mart 2011, 16:09

Azərbaycan İslam Partiyasının kütləvi aksiya keçirmək istəyi ilə bağlı müraciəti Bakı Şəhər İcra Hakimiyyətinə daxil olub. Bu barədə BŞİH əməkdaşı Zaur Ramazanov Modern.az –a bildiirb. Onun sözlərinə görə, dünən aldıqları müraciətə baxılacaq və müvafiq cavab veriləcək. “Yəqin ki, İctimai Palatanın mitinq müraciətinə cavblandırdıqdan sonra İslam Partiyasının da müraciətinə baxılacaq”-deyə Z.Ramazanov bildirib.

Qeyd edək ki, İslam Partiyası müraciətində kütləvi aksiya keçirmək üçün  Azadlıq meydanını istəyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?