Modern.az

Arif Hacılı: “Fəzail Ağamalı məhkəməyə veriləcək”

Arif Hacılı: “Fəzail Ağamalı məhkəməyə veriləcək”

31 Mart 2011, 10:37

Müsavat onun xaricdən 40 milyon dollar alması barədə dediklərini araşdırılmasını tələb edir

“Fəzail Ağamalı müxalifətin xaricdən 40 milyon dollar alması barədə məlumatlarını sübut etməlidir. Əgər bunu edə bilməsə, müxalifətin nufuzuna xələl gətirən böhtan xarakterli fikirlər səsləndirdiyi üçün özü yaxın vaxtlarda məhkəməyə veriləcək”. Bu sözləri Modern.az-a açıqlamasında Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı millət vəkilinin bu yöndə səsləndirdiyi ittihamlara münasibət açıqlayarkən bildirib. 

Arif Hacılının sözlərinə görə, əgər Fəzail Ağamalının əlində belə məlumatlar varsa, o hökmən hüquq-mühafizə orqanlarına müraciət etməlidir.  

“Çünki, Azərbaycan müxalifətinin və ümumiyyətlə Azərbaycanda fəaliyyət göstərən siyasi qüvvələrin qanunla xaricdən maliyyə yardımı almaq hüququ yoxdur. Ona görə də, Fəzail Ağamalı hökmən hüquq-mühafizə orqanlarına müraciət edib, dediklərini sübut etməlidir”.

Müsavat rəsmisinin sözlərinə görə, əgər deputatın dedikləri həqiqət olsa, bu vəsaiti xaricdən alanlar cəzalandırılmalıdır.

“Eyni zamanda əgər o bunu edə bilməsə, müxalifətin nüfuzuna xələl gətirən böhtan xarakterli fikirlər səsləndirdiyi üçün özü yaxın vaxtlarda məhkəməyə veriləcək”-deyə A.Hacılı bildirib.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?