Modern.az

Cəbhəçiləri polisə müqavimət ittihamı ilə həbs ediblər

Cəbhəçiləri polisə müqavimət ittihamı ilə həbs ediblər

31 Mart 2011, 12:34

AXCP Ali Məclisinin üzvü  Kərim Mehdiyev və partiya Rəyasət Heyətinin üzvü İlham Hüseynli  polis tərəfindən saxlanılıb. Bu barədə Modern.az-a partiya sədrinin müavini Fuad Qəhrəmanlı bildirib. Onun sözlərinə görə, Kərim Mehdiyevi polislər evindən, İlham Hüseynlini isə yoldan aparıblar.
“Onlara qarşı polisə müqavimət göstərmə itihamı verilib. Hara aparıldıqları barədə məlumat yoxdur”-deyən F.Qəhrəmanlı deyib ki, hakimiyyət mitinqöncəsi bu həbsləri keçirməklə əhali arasında xof yaratmaq istəyir.


Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?