Modern.az

Quba soyqırımı məzarlığı ziyarət yerinə çevrilir

Quba soyqırımı məzarlığı ziyarət yerinə çevrilir

31 Mart 2011, 12:46

Ölkə əhalisi Quba kütləvi məzarlığına axışır. Bu barədə Modern.az sayıtına millət vəkili Vahid Əhmədov məlumat verib.

Deputat bildirib ki, bu gün Qubadakı kütləvi soyqırımı məzarlığına güclü axın var: “Yaxın, uzaq rayonlardan insanlar bura gələrək erməni vandanllığı nəticəsində soyqırımına məruz qalmış soydaşlarımızın qəbirlərini ziyarət edirlər.  Quba rayonunun icra başçısı Rauf Həbibov, millət vəkili Yevda Abramov və mən rayon ictimayyəti ilə birlikdə öncə soyqırımı məzarlığını, daha sonra soyqırımı abidəsini ziyarət etdik”.

Millət vəkili tədbirin davam etdiyini bildirib və qeyd edib ki, insanların buraya axını kütləvi məzarlığın xalqın ziyarət yerinə çevrildiyini göstərir:
“Soyqırımı günü bura gələnlərin sayı ilbəil artır. Bu gün saat 13:00-a qədər olan məlumata görə təxminən məzarlığı 10 mindən artıq adam ziyarət edib”.

V.Əhmədov qeyd edib ki, soyqırımı məzarlığını ziyarət edən gənclər dünya gənclərinə müraciət ediblər. Millət vəkili ziyarətin davam etdiyini bildirib.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?