Modern.az

Ali Məhkəmənin sədri ərizələrə baxılma qaydasından danışıb

Ali Məhkəmənin sədri ərizələrə baxılma qaydasından danışıb

31 Mart 2011, 14:07

Bu gün Ali Məhkəmənin növbəti plenumu keçirilib. Plenumda ərizələrin baxılmamış saxlanılması qaydaları müzakirə olunub.

Ali məhkəmənin sədri Ramiz Rzayev deyib ki, fiziki və hüquqi şəxslər pozulmuş hüquqlarını qorumaq məqsədi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər: “Müraciət ərizələrinin baxılmamış saxlanılmasına yalnız qanunla müəyyən edilən qaydada məhkəmə qərarı ilə yol verilir. Ərizənin icraata qəbul edilməsi, işin məhkəmə baxışına hazırlanması mərhələlərində ərizənin baxılmamış saxlanılmasına yol verilmir”.

Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyini xatırladan Ramiz Rzayev deyib ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsi lazımi müddətdə baxılması, əsassız yubanmalara və süründürməçiliyə yol verilməməsi tələblərini nəzərdə tutur. Plenumda “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” məsələ geniş müzakirə olunub. Bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək məqsədi ilə müvafiq tövsiyələrin verilməsi barədə qərar qəbul edilib.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?