Modern.az

İsraildən gəlmiş yəhudilər Qubada şok yaşayıb

İsraildən gəlmiş yəhudilər Qubada şok yaşayıb

31 Mart 2011, 14:28

Ermənistanın indiki rəhbərliyi Qarabağ münaqişəsi zamanı dinc insanların qətllərində iştirak edib və buna görə də bütün dünya üçün təhlükəlidir.

İsrail politoloqu Aviqdor Eskin belə hesab edir. O, qeyd edib ki, Qarabağ müharibəsi dövründə dinc azərbaycanlılara qarşı qəddarlıq nümayiş etdirən və hazırda Ermənistanda hakimiyyətdə olan insanlar bütün dünya üçün təhlükəlidir.

A.Eskin bu sözləri bir qrup israilli jurnalistin Quba rayonunda azərbaycanlıların soyqırımı qurbanlarının kütləvi məzarlığına səfərə həsr edilmiş mətbuat konfransında bildirib.

Politoloq qeyd edib ki, Qarabağ münaqişəsinin ədalətli həlli Ermənistanla İsrailin münasibətlərini qaydaya salmağa kömək edəcək: “Ermənistanda bəzi dairələr arasında bu gün bütün öz bədbəxtliklərində yəhudiləri ittiham etmə tendensiyası mövcuddur. İsrailin məhv etməyə çağıraraq, onlar yəhudi xalqını təhqir edirlər”.

Politoloq qeyd edib ki, Quba rayonunda kütləvi məzarlığa baş çəkmə zamanı ona 1992-ci ildə Xocalı şəhərində dinc sakinlərin qətliyamı haqqında da danışıblar: “Belə tarixi hadisələri xatırlamaq əhəmiyyətlidir, çünki əgər onlar unudularlarsa, onlar təkrarlana bilərlər. BMT-nin Təhlükəsizlik Şurasının Qarabağ üzrə dörd qətnaməsinin indiyə qədər yerinə yetirilməməsindən təəssüflənirik. Qubada məlum oldu ki, ermənilərin soyqırıma məruz qoyduqları insanların 62 nəfəri dağ yəhiduləri olub. Biz bundan hiddətlənmişik”.

Qonaq xatırladıb ki, məşhur erməni terrorçusu, ASALA erməni terror təşkilatının üzvü Monte Melkonyan bir vaxtlar qaçqınların fələstin düşərgələrində hazırlıq keçib: “Azərbaycanda hökm sürən dini tolerantlıq və antisemitizmin olmaması xoş təsir bağışlayıb. Əsil İslam Allaha yaxınlaşdırır. Mən Azərbaycana valehəm, çünki, İslam öz müxtəlif formalarında Azərbaycanda inkişafa imkan yaradır”.

İsrail nümayəndə heyətinin başqa üzvü, "Təl-Əviv" qəzetinin redaktoru Mark Qorin öz növbəsində qeyd edib ki, İsraildə rusdilli KİV-in işçilərinin əksəriyyəti azərbaycanlıdır. O bunu Azərbaycanda antisemitizmin olmaması ilə izah edib: “Mən bir bakılı kimi bu torpağın bir hissəsiyəm”, - deyə M.Qorin bildirib.

İsrail jurnalisti, Azərbaycanın Quba rayonunda soyqırımın qurbanlarının məzarına səfəri haqqında təəssüratlarını paylaşaraq, bildirib ki, o və onun həmkarları ürəkparçalayan faciənin şahidi olublar.
“Bütün bunlar soyuqqanlı qətl faktının sübutudur və bu insanları yalnız Azərbaycan sakini olduqlarına görə qətlə yetiriblər”.

Qonaqlar Qubada gördüklərindən şoka düşdüklərini də dilə gətiriblər.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?