Modern.az

Bahar Muradova: “Dünyanın bir sıra ölkələrində Qarabağla bağlı qətnamə qəbul olunub”

Bahar Muradova: “Dünyanın bir sıra ölkələrində Qarabağla bağlı qətnamə qəbul olunub”

31 Mart 2011, 14:47

Milli Məclisin sədr müavini Bahar Muradova ermənilərin xalqımıza qarşı tərətdiyi soyqırımıları ilə bağlı hansı işlər görüldüyündən danışıb. Mətbuata açıqlamasında xanım deputat bildirib ki, soyqırımı məsələsini ardıcıl olaraq beynəlxalq təşkilatların forumlarında qaldırırlar: “Bunu yalnız məsələni qaldırmaq xatirinə deyil, müəyyən sənədlərin, qətnamələrin qəbul olunmasına nail olmaq üçün edirik. Bu istiqamətdə bir sıra uğurlarımız var. İlk növbədə Azərbaycan parlamentinin və Azərbaycan dövlətinin səyi nəticəsində dünyanın bir çox ölkələrində, İtaliyada, Almaniyada Qarabağ məsələsi ilə əlaqadar konkret qətnamələr qəbul olunub. Litva parlamentində belə bir qətnamənin qəbul olunması gündəmdədir. Artıq bu parlamentin gündəliyinə daxil edilib və 50-dən artıq millət vəkili bu qətnamənin qəbul olunması üçün imza atıb. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik”. 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?