Səhiyyə Nazirliyi nefrologiya və laboratoriya işi ixtisasları üzrə martın 30-da keçirilən test imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə nazirliyin mətbuat xidmətindən Modern.az saytına bildirilib.
Keçirilən test imtahanlarında 45 həkim iştirak edib və onlardan 42 nəfəri müvəffəqiyyət qazanıb. Həkimlərdən 2 nəfəri 100, 3 nəfəri isə 99 bal toplayaraq ən yüksək nəticə göstərib.
Qeyd edək ki, nazirlik imtahanlardan uğurla keçən həkimlərə sertifikatlar təqdim edir. Bu sertifikat tibb işçilərinə yaxın 5 il ərzində praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ verir. Maraqlananlar Səhiyyə Nazirliyinin saytına daxil olub öyrənə bilərlər.
Modern.az