Modern.az

Xələf Xələfov: “Gürcüstan - Azərbaycan sərhədilə bağlı fikir ayrılıqları var”

Xələf Xələfov: “Gürcüstan - Azərbaycan sərhədilə bağlı  fikir ayrılıqları var”

1 Aprel 2011, 12:24

Nazir müavininin sözlərinə görə, söhbət sərhəd xəttinin təsdiq olunmasından, koordinatların razılaşdırılmasından gedir.


“Gürcüstanla Azərbaycan sərhədinin bəzi sahələri ilə bağlı fikir ayrılıqları mövcuddur və  bunlar dəqiqləşdirilməlidir. Bu əsasən sərhəd xəttinin keçirilməsi ilə əlaqədar müxtəlif sənədlərin, materialların olmasıdır. Bunlar araşdırılır və yerlərdə də həmin sahələr öyrənilir”.

Modern.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, söhbət sərhəd xəttinin təsdiq olunmasından, koordinatların razılaşdırılmasından gedir. Nazir müavini deyib ki, sərhəd xəttinin üçdə iki hissəsi komissiya tərəfindən razılaşdırılıb, qalmış üçdə bir hissəsi barəsində komissiyanın fikriləri uyğundur.

Gürcüstanla danışıqlar prosesinin davam etdiyini deyən X.Xələfov qeyd edib ki, ikitərəfli komissiyanın ötən il Balakəndə keçirilən görüşündə müəyyən məsələlər müzakirə olunub.

“Aşkar olundu ki, bəzi məsələlər üzərində araşdırmalar aparılmalıdır. Xüsusi ilə yerlərdə müəyyən sahələr araşdırılmalıdır. Buna görə də, biz Balakəndə yekun qərara gələ bilmərik. İşlərin davam etdirilməsini növbəti iclas zamanı məsələlərin müzakirə olunması qərarlaşdırıldı. Növbəti görüş Gürcüstanda keçirilməlidir. Bu görüşün keçirilməsi üçün hazırlıq işlərinə ehtiyac var. Gürcüstanın komissiya sədri ilə bu barədə danışıqlar aparılır. Səfirlik vasitəsi ilə təmaslarımız olur. Düşünürük ki, yaxın vaxtlarda ekspertlərin görüşü təşkil ediləcək”-deyə X.Xələfov vurğulayıb.

Onun sözlərinə görə, bundan sonra  komissiya sədrləri çərçivəsində ekspertlərin fəaliyyətinin nəticəsi müzakirə ediləcək və komissiyanən növbəti görüşünün tarixi müəyyənləşəcək.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?