Şəhər polisi mitinqə imkan verməyəcəyini bildirir
“Nazir bildirib ki, Bakı şəhərində qeyri-qanuni kütləvi aksiyaların keçirilməsinə imkan verilməyəcək”.
Q.Arifin sözlərinə görə, aksiya ilə bağlı müxalifət partiyalarının idarəyə dəvət edilməsi planlaşdırılımır.
Xatırladaq ki, daxili işlər naziri Ramil Usubov AzTV-yə dünənki müsahibəsində vətəndaşları müxalifətin icazəsiz mitinqlərində iştirak etməməyə çağırıb.
Nazir bəyan edib ki, hər hansı qarşıdurma polisə müqavmət kimi qiymətləndiriləcək və cinayət işi qaldırılacaq.
“Bu qeyri-qanuni aksiyanın təşkilatçıları da, aktiv iştirakçıları da qanun qarşısında cavab verəcəklər"-deyə R.Usubov vurğulayıb.
Qeyd edək ki, ənənəvi olaraq belə aksiyalardan bir gün əvvəl müxalifətçilər BŞBPİ-yə dəvət olunardı.
Modern.az