Modern.az

AMİP katibi təəccüblənib: “Məni şəhər polisinə heç kim çağırmayıb”

AMİP katibi təəccüblənib: “Məni şəhər polisinə heç kim çağırmayıb”

Təhsil

1 Aprel 2011, 14:18

“Məni Bakı Şəhər Baş Polis İdarəsinə rəsmən heç kim dəvət etməyib. Bununla bağlı mənimlə  nə rəsmi, nə də qeyri-rəsmi əlaqə saxlanmayıb”.
Bu sözləri Modern.az-a Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat katibi Əli Orucov deyib. Onun sözlərinə görə, şəhər polisinə çağırılması ilə bağlı dəvəti internet saytlarından oxuyub. “Mənim şəhər polis idarəsində koordinatlarım var və qanuni şəkildə müraciət edə bilərdilər. Mən belə bir dəvət almamaşım”-deyə Ə.Orucov vurğulayıb.

Ə.Orucov şəhər polisnə getməklə bağlı müzakirələrdən sonra qərar qəbul edəcək. 

Qeyd edək ki, bu gün mediada İctimai Palatanın mitinq komitəsinin üzvləri Tofiq Yaqublu, Fuad Qəhrəmanlı, Fikrət Cəfərli və Əli Orucov Bakı Şəhər Baş Polis İdarəsinə çağırılması ilə bağlı məlumat gedib.  

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?