Modern.az

ABŞ səfirliyi müxalifətə dəstək verdi

ABŞ səfirliyi müxalifətə dəstək verdi

1 Aprel 2011, 14:21

Keith Bean: “Fərqli baxışlar azərbaycanlıların öz uşaqları üçün qurmaq istədiyi müasir, sabit və suveren dövlətə töhfə verə bilər”


Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi martın 30-dan başlayaraq  müxalifətçilərin həbsinə münasibətini açıqlayıb. Səfirlik 2 aprel tarixində mitinq keçirməyi planlaşdıran qrupla əlaqədar olan şəxslərin saxlanılmasından narahatlığını bildirib. Səfirliyin mətbuat katibi Keith Bean “Azadlıq” radiosunun suallarına cavab olaraq deyib ki, həmin şəxslərin bu həftə saxlanılması və həbs olunması təsadüfi görünmür. Əksinə, onların planlaşdırılmış mitinqdə iştirakının qarşısını almaq və ya digərlərinin iştirakdan çəkindirmək üçün saxlanıldığı görünür. 

«Qanuni söz azadlığı, o cümlədən, ictimai etirazlar demokratik cəmiyyətin təməlidir.  Azərbaycan demokratik təsisatların gücləndirilməsinə doğru addım atdığı bir vaxtda, biz hökuməti Azərbaycan Konstitusiyasında təsbit olunmuş söz və sərbəst toplaşma azadlığı hüquqlarını reallaşdırmağa çağırırıq».

Səfirlik hesab edir ki, çoxsaylı fikirlər və fərqli baxışlar azərbaycanlıların öz uşaqları üçün qurmaq istədiyi müasir, sabit və suveren dövlətə töhfə verə bilər.

«Biz Azərbaycan hökumətini davamlı sabitliyin təməli olan bu əsas azadlıqlara hörmətlə yanaşmağa çağırırıq» deyə açıqlamada bildirilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?