“İctimai Palatanın sabaha elan edilmiş aksiyası heç bir halda təxirə salnmayacaq”. Bu barədə Müsavat başqanın müavini Mehman Cavadoğlu son günlər müxalifət üvlərinin həbslərini Modern.az-a şərh edərkən bildirib.
Onun sözlərinə görə bütün baş verənlərə rəğmən İctimai Palata etiraz aksiyasını keçirmək qərarlıdır.
“Mitinqin təxirə salınması gündəmdə deyil. Aksiya elan edilmiş vaxtda keçiriləcək”-deyə M.Cavadoğlu vurğulayıb.
Xatırladaq ki, müxalifətin sabaha təyin olunmuş aksiyası ilə bağlı İctimai Palatanın təsisçiləri İsa Qəmbər və Əli Kərimli şəhər polis idarəsinə çağrılıb.