Modern.az

Mitinq Komitəsi Yaşar Əliyevlə görüşə AXCP-siz gedib

Mitinq Komitəsi Yaşar Əliyevlə görüşə AXCP-siz gedib

Təhsil

1 Aprel 2011, 18:49

İctimai Palatanın aprelin 2-nə təyin etdiyi aksiya ilə bağlı formalaşdırılan mitinq komitəsinin üzvləri Tofiq Yaqublu, Əli Orucov və Fikrət Cəfərli Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) olublar. Bu barədə Modern.az-a AMİP-in ictimaiyyətlə əlaqələr üzrə katibi Əli Orucov bildiirb. 

BŞBPİ-nin rəis müavini Yaşar Əliyev və Bakı Şəhər Prokurorluğunun Polisə Nəzarət İdarəsinin rəisi Pənah Abbasovun iştirak etdiyi görüşdə müxalifətçilərə İctimai Palatanın aprelin 2-də “Fəvvarələr” meydanına təyin etdiyi aksiya ilə bağlı xəbərdarlıq olunub: “Yaşar Əliyev dedi ki, aksiyada qarşıdurma olacaqsa, polis buna görə məsuliyyət daşımayacaq. Biz isə sabah konstitusion hüququmuzdan istifadə edib aksiya keçirəcəyimizi dedik.”.

Qeyd edək ki, mitinq komitəsinin üzvü Fuad Qəhrəmanlı da BŞBPİ-yə çağırılıb. Lakin o, görüşdə iştirak etməyib. Modern.az-a açıqlamasında F.Qəhrəmanlı bildirib ki, gün ərzində telefonu bağlı olduğudan dəvət barədə ona zəng edə bilməyiblər. 

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?