Modern.az

Prezident yeni sərəncamlar imzalayıb

Prezident yeni sərəncamlar imzalayıb

1 Aprel 2011, 20:43

Prezident İlham Əliyev bir sıra sərəncamlar imzalayıb. Ölkə başçısı Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsində yeni xəstəxananın tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam verib. Bunun üçün 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,5 milyon (bir milyon beş yüz min) manat məbləğində vəsait ayrılıb.

Dövlət başçısının digər sərəncamı ilə Bakı şəhəri Nizami rayonunun Keşlə qəsəbəsində 640 şagirdlik yeni ümumtəhsil məktəbi binasının tikintisinə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılıb.

Bakı şəhəri Suraxanı rayonunun Bülbülə qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncama əsasən, 640 şagirdlik yeni təhsil ocağının inşası üçün 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılıb.

Sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini təmin etmək Maliyyə Nazirliyinə tapşırılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?