Modern.az

Azərbaycan “Orta Şərqin zəlzələ modeli”ndə...

Azərbaycan “Orta Şərqin zəlzələ modeli”ndə...

4 Aprel 2011, 15:37

31 mart-2 aprel 2011-ci il tarixində İordaniyanın paytaxtı Amman şəhərində “Orta Şərqin zəlzələ modeli” (Earthquake Model of the Middle East - EMME) Beynəlxalq layihəsi çərçivəsində toplantı keçirilib. Pakistan, Türkiyə, İran, Qafqaz respublikaları, Suriya, Livan və digər Orta Şərq regionu ölkələrindən olan alimlərin iştirakı ilə keçirilən konfransda Azərbaycanı  AMEA RSXM-ın Seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli təmsil edib.
AMEA Pespublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, konfransda bu ərazidə seysmikliyin təzahürünün xüsusiyyəti araşdırılıb, seysmik təhlükənin qiymətləndirilməsi üzrə müzakirələr aparılıb. Qarşıya qoyulan məqsədə - seysmik təhlükənin qiymətləndirilməsinə nail olmaq üçün yerlərdə müvafiq məlumatların toplanıb analiz olunması və onların Şərq ölkələri ilə birgə araşdırılması məqsədə uyğun hesab edilib.
Məlumat üçün qeyd edək ki, bir ildən artıqdır ki, bu layihə çərçivəsində  müzakirələr və araşdırmalar aparılır. Bununla bağlı bu vaxta qədər Türkiyənin İstanbul, Sakariya şəhərlərində, eləcə də Gürcüstanda belə toplantılar keçirilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?