Modern.az

Qafqaz Müsəlmanları İdarəsi: "Bu hadisə heç bir cəmiyyətə başucalığı gətirməz"

Qafqaz Müsəlmanları İdarəsi: "Bu hadisə heç bir cəmiyyətə başucalığı gətirməz"

Təhsil

4 Aprel 2011, 18:51

QafqazMüsəlmanları İdarəsi martın 20-də ABŞ-ın Florida ştatının Heynsvill kilsəsində Qurani-Kərimin nüsxəsini nyandırılması hadisəsini qətiyyətlə pisləyir və bu hiddət doğuran üzdəniraq hərəkətə öz qəti etirazını bildirir. Modern.az saytının məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda daha sonra qeyd edilib:
“Özünü keşiş kimi qələmə verən birisinin həyata keçirdiyi mənfur aksiya müqəddəs İslam dininə xələl gətirmək iqtidarında olmasa da, onun ardıcıllarının heysiyyatına toxunmaq, onların ən ülvi mənəvi  hisslərinin təhqir olunması baxımından olduqca xoşagəlməzhaldır. Belə ki, buhadisənin fəsadları bəşəriyyət üçün çox acınacaqlı və təhlükəli ola bilər.

Düşünürük ki, keçən il Quranın yandırılacağı ilə bağlı təhdidlər dünya ictimaiyyətinin ardıcıl təzyiq və tələbləri nəticəsində neytrallaşdığı halda, bu məsələnin yenidən gündəmə gəlməsi yalnız və yalnız qərəzli xarakter daşıyır. Belə ki, müsəlmanların haqlı qəzəb və hiddətinə səbəb olmuş bu hadisənin törədilməsi xristian-müsəlman ziddiyyəti yaratmağa yönəlmiş addımdır.

Səmavi kitabların sonuncusu olan Qurani-Kərimə təhqiredici münasibətin bütün dünyada demokratiya dəyərlərinin, insan hüquq və azadlıqlarının ardıcıl müdafiəçisi kimi çıxış edən, özünü İraqda, Əfqanıstanda, Liviyada müsəlman əhalinin təəssübkeşi olaraq təqdim edən bir ölkədə nümayiş etdirilməsi demokratiya adına ləkədir. Belə bir hadisə heç bir ölkəyə, cəmiyyətə başucalığı gətirməz. ABŞ-ın Dövlət Departamenti tərəfindən bu məsələyə münasibət bildirilməsini gözləyirik.

İstər Tövrat, istər İncil, istərsə də Qurani-Kərim Allah tərəfindən insanlara hidayət yolunu göstərmək üçün göndərilmişdir. Qurani-Kərimdə Musa, İsa, Məryəm və digər müqəddəslərin adları ehtiramla çəkilir, İslam onları qəbul edir. Bu kitabdakı ali mətləblərdən xəbəri olmadan onu yandırmaq mahiyyət etibarilə Tövrata da, İncilə də qarşı bir üsyandır.           

Qafqaz Müsəlmanlarıİdarəsi milyonlarla müsəlmanın heysiyyatına toxunan bu hadisəyə qəti etirazını bildirir, ABŞ-ın dövlət rəsmilərini, ictimai birliklərini və dini mərkəz rəhbərlərini bu mənəviyyatsız addıma qarşı vahid, ciddi qınaq mövqeyindən cıxış etməyə, insan qarşıdurmasına yol aça biləcək belə mənfur təxribatların gələcəkdə qarşısını almaq üçünfəal səy göstərməyə çağırır.İslamın müqəddəs kitabına belə bir təhqiramiz münasibətin bütün dini rəhbərlər tərəfindən pislənməsini vacib sayır, artıq insan tələfatına səbəb olmuş bu mənfur hadisəni törətmiş üzdəniraq keşişin dini ədavəti qızışdırmaq cəhdinə görə Qanunla cəzalandırılmasını tələb edirik.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?