Modern.az

Azerfon-Vodafone rouminq qiymətlərində 50% endirim elan edir! ®

Azerfon-Vodafone rouminq qiymətlərində 50% endirim elan edir! ®

Təhsil

5 Aprel 2011, 13:13


Ən sərfəli, rahat və şəffaf rouminq qiymətləri ilə tanınan Azerfon-Vodafone mobil operatoru abunəçilərinə  MDB ölkələri üçün rouminq qiymətlərində 50% endirim təqdim edir. 

Aprel ayının 1-dən etibarən, Azerfon-Vodafone Rusiya, Qazaxstan, Belarusiya, Moldova, Qırğızıstan və Tacikistan ölkələri üçün rouminq xidmətləri üzrə daxil olan zənglərə, çıxan SMS-lərə və 1MB GPRS xidmətlərinə 50% endirim edir. Bu tarixdən etibarən qeyd olunmuş ölkələr Azerfon-Vodafone rouminq xəritəsində Zona 1-ə daxil ediləcəkdir. Bununla da, Azerfon-Vodafone abunəçiləri MDB ölkələrinə səyahət edərkən əhəmiyyətli dərəcədə aşağı qiymətlərlə rouminq xidmətlərindən istifadə edə biləcəklər. Belə ki,  abunəçilər Avropa və MDB ölkələrinin daxil olduğu Zona 1 üzrə daxil olan zənglərə görə  0.50 AZN, çıxan zənglər  1.25 AZN, gələn SMS pulsuz, göndərilən hər bir SMS üçün isə 0.25 AZN  ödəyəcəklər.

"Bizim məqsədimiz müştərilərimizə ən sərfəli, rahat və şəffaf rabitə xidmətlərini təqdim etməkdir. , Azərbaycan vətəndaşları  tez-tez MDB və Avropa ölkələrinə səyahət edirlər və buna görə də, biz MDB ölkələri üçün rouminq tariflərində 50% endirim etdik! Bizim Vodafone-la strateji tərəfdaşlığımız bizə müştərilərimizə ən sərfəli və rahat rouminq tariflərli təqdim etmək imkanı yaradır, və biz fəxr edirik ki, Azərbaycanda abunəçilərimizə ən yaxşı rominq xidmətləri göstəririk."- deyə Baş İcraçı Müdir cənab Yurgen Pitz bildirdi.

Qeyd edək ki, Azərbaycan mobil bazarında ilk dəfə olaraq, Azerfon-Vodafone 120-dən artıq ölkəni əhatə edən 4 zona üçün 4 qiymətə əsaslanan ən sərfəli rominq tarifləri tətbiq edir və bu qiymətlər hər zaman www.azerfon-vodafone.com internet səhifəmizdə əks olunur.

Roaminq zonası

Daxil olan zənglər

(1 dəq.)

Çıxan zənglər

(1 dəq.)

1 SMS qiyməti (göndərilən)

1 MB

GPRS

1

0.5

1.25

0.25

6

2

1

1.5

0.5

12

3

1.5

2.5

0.75

16

4

2

3.5

1

20

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?