Modern.az

Obama yadplanetlidir?

Obama yadplanetlidir?

Təhsil

7 Aprel 2011, 15:31

ABŞ prezidentinin şəkli şok yaradıb


ABŞ prezidenti Barak Obamanın dərc olunan şəkli ağlasığmaz müzakirələrə rəvac verib. Modern.az xarici mətbuata istinadən bildirir ki, Amerika “The Escape The Tyranny” adlı mühəfizakar sayt prezident Barak Obamanın gizli beyin əməliyyatı keçirmiş ola biləcəyini irəli sürüb.

Saytın şərhçilərindən Ben Hart prezidentin sağ profildən çəkilmiş şəklini diqqətlə incələyib bu qənaətə gəlib. Onun sözlərinə görə, prezidentin başında olan izlər beyin əməliyyatı sonrası formalaşan izlərə oxşayır. Bununla o, Barak Obamanın gizli beyin əməliyyatı keçirdiyi iddiasını irəli sürüb.

Hart Obamanın doğum şəhadətnaməsini bir sirr kimi saxlanıldığını ifadə edərək, “Obama beyin əməliyyatı keçiribmi? Bu onun düşünməsinə təsir edirmi? Yoxsa həqiqətən o yad planetlidir?” suallarının cavablandırılmasını istəyib.

Ağ Evdən həmin iddiaların gülünc olduğunu və ciddi qəbul olunmamasını vurğulayıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?