Modern.az

Hafiz Hacıyev yenidən mitinq keçirməyə hazırlaşır

Hafiz Hacıyev yenidən mitinq keçirməyə hazırlaşır

Təhsil

7 Aprel 2011, 16:01

Bu gün Müasir Müsavat Partiyasının Mərkəzi Qərargahında partiyanın İdarə Heyətinin də iştirakı ilə Mitinq Komitəsinin və rayon təşkilat sədrlərinin, həmçinin fəal gənclərin iştirakı ilə geniş toplantı keçirilib. Bu barədə məlumat Modern.az-a partiyann mətbuat xidmətindən verilib. Toplantıda MMP-nin martın 15-də BŞİH qarşısında keçiridiyi icazəsiz mitinqinin nəticələri müzakirə edilib. Müzakirələr zamanı yaxın gələcəkdə partiyanın növbəti aksiya keçirməsi gündəmə gətirilib. Mitinq Komitəsi bu dəfə aksiyanın keçirilməsində gənc fəallardan kömək istəyib. Fəal MMP-çilər gələcəkdə keçiriləcək hər hansı bir aksiyanın təşkilində və keçirilməsində fəal olacaqlarına söz veriblər.

Toplantıda həmçinin MMP-nin yaxın zamanlarda planlaşdırdığı aksiyanın tarixinin müəyyənləşməsi, texniki və təşkili məsələlərinə yenidən nəzər yetirilib. Bundan sonra aksiyanın vaxtının müəyyənləşməsi məsələsi müzakirəyə çıxarılıb. Qeyd edək ki, MMP çox yaxın tarixdə mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə yenidən müraciət edəcək. BŞİH razılıq cavabı verdikdən sonra mitinqin vaxtı və yeri mətbuata açıqlanacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?