Modern.az

Prezident Mövlud Çavuşoğlunu qəbul edib

Prezident Mövlud Çavuşoğlunu qəbul edib

7 Aprel 2011, 16:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlunu qəbul edib.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluğunu bildirən AŞPA sədri Forumun çox önəmli olduğunu və bu cür tədbirlərin Avropa Şurası ilə əməkdaşlıq məsələlərinə böyük dəstək verdiyini bildirib..

Dövləti başçısı da Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunun Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakının önəmini vurğulayıb. Bu cür beynəlxalq tədbirlərin ardıcıl olaraq keçirilməsinin vacibliyini bildirən prezident İlham Əliyev Forumun həm bölgə, həm də Avropa və dünya üçün əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan ilə AŞPA arasında uğurlu əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. 

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?