Modern.az

5 min il yaşı olan homoseksualistin skleti tapılıb

5 min il yaşı olan homoseksualistin skleti tapılıb

Təhsil

7 Aprel 2011, 16:34

Çexiya Respublikasında aparılan arxeolojik qazıntılar zamanı tapılan skletdə maraqlı faktlar aşkarlanıb.

Modern.az saytı xarici mətbuata istinadən bildirir ki, 5 min yaşı olduğu ehtimal edilən kişi skeleti araşdırmaçıları təəccübləndirib.

Arxeoloqlar skletin kişiyə aid olduğunda həmfikirdilər, amma mağara adamının ilk homoseksual insanlardan ola biləcəyi güman edilir.

Həmin vaxtlar kişilər sağ tərəfləri üstə uzadılaraq başları qərbə, qadınlar isə sol tərəfləri üstə uzadılaraq başları şərqə doğru basdırılırmışlar. Lakin arxeoloqlar tapılan kişi skletinin sol tərəfi üstə uzadılaraq başı şərqi göstərən istiqamətdə dəfn edildiyini bildiriblər.

Bundan əlavə, əgər kişilər silahları, balta və bıçaqları ilə basdırıldısa, qadınlar da zinət əşyaları, heyvanlar və qab-qacaqlarla dəfn edilirdi. Ancaq bu məzardan silah yerinə qab-qacaqların çıxardılması da homoseksual mağara insanı iddiasını gücləndirir.

Ölü dəfn edildiyi zaman səhv edilmədiyini bildirən arxeoloqlar həmin vaxtlar cənazələrə böyük əhəmiyyət verildiyini və belə bir səhvin mümkün ola bilməyəcəyi fikrindədirlər.

İşçi komandasından Katerina Semradova Mezeolit dövründən qalma bir məzarda tapılan qadın döyüşçünün də kişi kimi basdırıldığını xatırladıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?