Modern.az

ADU-da təhsil yarmarkası keçirildi

ADU-da təhsil yarmarkası keçirildi

7 Aprel 2011, 16:51


Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovadan aldığımız məlumata görə, aprelin 7-də universitetin İnformasiya Resurs Kompleksində (İRK) Amerika təhsil yarmarkası keçirildi.  Yarmarka  ABŞ Təhsil Qrupu və Bakı Təhsil Məlumat Mərkəzinin (BTMM) təşkilatçılığı ilə  baş tutdu. Yarmarkada ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson, Amerika və Azərbaycan universitetlərini bitirən müxtəlif universitetlərin məzunları və tələbələr iştirak etdi. Məzunlar bakalavr, magistr və aspirantura proqramları üzrə öz təcrübələrini bölüşdülər.

 Yarmarkada təmsil olunan universitetlərin nümayəndələri  təhsil yarmarkasına  gələn qonaqlara ABŞ-da təhsil imkanları barədə ətraflı məlumat verdilər. Təhsil yarmarkasında ABŞ-da təhsil almaq istəyən gənclər müxtəlif universitetlərin fəaliyyətini əks etdirən buklet və materiallarla tanış oldular.

Qeyd edək ki,  sərgidə ABŞ-n 9 ali təhsi ocağı, o cümlədən San-Dieqo, Kaliforniya-San Dieqo, Kolorado-Bulder  universitetləri təmsil olundu.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?