Modern.az

Milli Məclisin 9 deputatı Avropaya gedir

Milli Məclisin 9 deputatı Avropaya gedir

Təhsil

7 Aprel 2011, 18:42

Avropa  Şurası  Parlament  Assambleyasının (AŞPA) yaz  sessiyası  öz işinə aprelin  11-də  Strasburqda  başlayacaq.  Milli Məclisin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, tədbirdə  iştirak  etmək üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı  daimi numayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan  Rövşən Rzayev, Sevinc Fətəliyeva, Rəfael Hüseynov, Aydın Abbasov, Sabir Hacıyev, Sahibə Qafarova, Qənirə Paşayeva və Elxan Süleymanov  Fransada  səfərdə olacaqlar.

Sessiya çərçivəsində Avropa İttifaqının “Şərq  tərəfdaşlığı” Proqramının  iqtisadi inkişafa təsiri, mədəniyyətlərarası doaloqda dini meyarlar,  yoxsulluqla  mübarizə, işgəncələrin qarşısının alınması mexanizminin  gücləndirilməsi, uşaq və gənclərin  şəkərli diabet  və  artıq çəkidən qorunması,  miqrant  qadınların  hüquqlarının müdafiəsi, uşaqlara  qarşı  zorakılıqla  mübarizə və digər  məsələlər  barəsində müzakirələr aparılacaq.

Milli Məclisin nümayəndələri sessiyanın işində və komitələrin  işlaslarında yaxından iştirak edəcək, müzakirə olunan məsələlərə  münasibət  bildirəcəklər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?