Modern.az

Aprelin 13-də həkimlər imtahan verəcəklər

Aprelin 13-də həkimlər imtahan verəcəklər

Təhsil

8 Aprel 2011, 11:35

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanının nəticələrini açıqlayıb.

(Nəticələr burada - //www.health.gov.az/article.php?sertifikasiya28)

Səhiyyə Nazirliyin mətbuat xidmətindən Modern.az saytna verilən məlumatda bildirilib ki, otorinolarinqologiya və allerqologiya ixtisasları üzrə aprelin 6-da keçirilən imtahanda 36 həkim iştirak edib. İştirakçılardan 5 həkim 100 bal toplayaraq ən yüksək nəticələr göstəriblər. Ümumilikdə isə imtahanda iştirak edən həkimlərin hər biri (100%) uğurlu nəticələr əldə ediblər.

Qeyd edək ki, növbəti test imtahanları epidemiologiya və terapiya ixtisasları üzrə 13.04.2011-ci il tarixində keçiriləcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?