Modern.az

Həmsədrlər Siyavuş Novruzovun tələbini yerinə yetiriblər

Həmsədrlər Siyavuş Novruzovun tələbini yerinə yetiriblər

13 Aprel 2011, 17:55

Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik (Polşa) erməni snayperinin qətlə yetirdiyi 9 yaşlı Fariz Bədəlovun ölümü ilə bağlı araşdırmaları davam etdirmək üçün Azərbaycanın Ağdam rayonunun Orta Qərvənd kəndinə yollanaraq, mərhumun ailəsi ilə görüş keçiriblər. Modern.az ANS PRESS-ə istinadən bildirir ki, Farizin ailə üzvləri ilə söhbət edən həmsədrlər onun vurulduğu yerə də baxış keçiriblər.

Həmsədrlər hazırda Tərtər rayonu ərazisindədirlər. Hələlik, onların təmas xətti boyunca araşdırmaları davam edir. Qeyd edək ki, jurnalistlərin kəndə daxil olmasına və çəkiliş aparmasına icazə verilməyib.
Xatırladaq ki, bu gün səhər regionda səfərdə olan ATƏT-in Minsk qrupu həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik erməni işğalı altında olan ərazilərdən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan tərəfə keçərək monitorinq aparıblar. Monitorinq Azərbaycanın Ağdam rayonunun Təzəkənd kəndində keçirilib.

Bu gün həmsədrlərin Bakıya gələcəyi və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşləri davam etdirəcəkləri gözlənilir.

YAP icra katibinin müavini Siyavuş Novruzov açıqlamasında həmsdərləri Fariz Bədəlovun evinə getməyə çağırmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?