Modern.az

Hüsnü Mübarək sorğu-suala çəkildi: eks-prezidentdən ilginc etiraf

Hüsnü Mübarək sorğu-suala çəkildi: eks-prezidentdən ilginc etiraf

14 Aprel 2011, 15:41


Misirin sabiq prezidenti Hüsni Mübarək və onun iki oğlu aprelin 19-da məhkəmə qarşısına çıxacaqlar. Sabiq prezidentə və iki oğluna yanvarın sonları fevralın əvvəllərində hökumət əleyhinə aksiyalarda nümayişçilərə qarşı gücdən istifadə, eləcə də dövlət əmlakının qeyri-qanuni mənimsənilməsi və səlahiyyətlərindən sui-istifadə kimi ittihamlar irəli sürülür.

Onun oğulları Qahirə həbsxanasına aparılsa da, Hüsnü Mübarək ürək tutması ilə əlaqədar Şarm Əş-Şeyx xəstəxanasına yerləşdirilib. Sabiq prezidentin vəziyyətinin qeyri-stabil olduğu bildirilir. 

Modern.az xarici mətbuata istinadən bildirir ki, Misirin keçmiş prezidenti sorğu zamanı müstəntiqə nümayişçilərə atəş edilməsi ilə bağlı heç kimə əmr vermədiyini və 25 yanvarda başlayan kütləvi aksiyaların  dördüncücü günü istefaya getmək istədiyini deyib.

H.Mübarəkin sözlərinə görə, aksiyalar zamanı o DİN nümayəndələrindən yalnız Həbibəm əl-Ədli ilə danışıb. Bununla prezident təsdiq edib ki, o mitinqlərin başlanmasının dördüncü günü vəzifəsindən getməyə hazır idi, amma ətrafındakılar onun bu fikrindən daşındırıb.

Qeyd edək ki, Misir prezidenti öz vəzifəsindən 11 fevralda- kütləvi aksiyaların 18-ci günü tərk edib. Son məlumatlara görə, bu iğtişaşlarda 800-ə yaxın insan ölüb.

Prokuror Misir prezidentini DİN nümayəndələrini nümayişçiləri güllələməyə təhrik etməsinə görə günahlandırıb. 82 yaşlı prezidentin sorğusu onun halının pisləşməsinə səbəb olub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?