Rusiyanın Tambov vilayətində yaşayan azərbaycanlı kişi öz erməni millətindən olan arvadını yandırıb. Modern.az Tambov.ru saytına istinadən bildrir ki, hadisə Miçurinsk rayonunun Koçetovka kəndində baş verib. Bu kənddə məskən salmış azərbaycanlı vətəndaş nikahında yaşadığı erməni arvadının başqa kişilərlə görüşməsindən şübhələnib və qısqanclıq zəminidə cinayəti törədib.
Erməni qadının üstünə benzin tökərək ona od vuran əri polislər tərəfindən saxlanılıb. Nəticədə erməni arvad başından, əli və ayağından yanıq yaraları ilə qospitala çatdırılıb. Dərhal orada yaşayan erməni və azərbaycanlı icması məsələni aydınlaşdırmaq üçün yığışmağa başlayıblar. Milli zəmində dava düşəcəyindən ehtiyat edən yerli hakimiyyət bütün milis əməkdaşlarını hadisə yerinə göndərib. Yalnız bundan sonra gərginliyi aradan qaldırmaq mümkün olub. Azərbyacnlı ərə qarşı cinayət işi açılıb.