Modern.az

İctimai Palatanın Mitinq Komitəsi Yaşar Əliyevlə görüşüb

İctimai Palatanın Mitinq Komitəsi Yaşar Əliyevlə görüşüb

Təhsil

15 Aprel 2011, 18:10

İctimai Palatanın nəzdində yaradılan mitinq komitəsinin üzvləri Bakı Şəhər Polis İdarəsində general Yaşar Əliyev, Bakı şəhəri prokurorunun müavini Qənimət Səfərov və Polisə Nəzarət idarəsinin rəisi Pənah Abbasovla görüşüb. Bu barədə Modern.az-a Mitinq komitəsinin AMİP-dən olan üzvü Əli Orucov məlumat verib. Əli Orucovun sözlərinə görə, görüş zamanı Yaşar Əliyev “Sahil” bağında 17 aprel aksiyasının keçirilməsinə imkan verməyəcəklərini bildirib.

General İctimai Palataya Bakı Şəhər İcra Hakimiyyətinin ayırdığı stadiona getməyi tövsiyə edib. Mitinq komitəsinin üvləri isə baş verəcək bütün hadisələrə görə iqtidarın məsuliyyət daşıdığını bildiriblər. 

Qeyd edək ki, mitinq komitəsinə AXCP-dən Asəf Quliyev, Müsavatdan Hüseyn Məlikov, AMİP-dən Əli Orucov və KXCP-dən Fikrət Cəfərov daxildir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?