Modern.az

Azərbaycanın “Eurovision-2011” ifaçıları Maltada çıxış ediblər (YENİ FOTOLAR)

Azərbaycanın “Eurovision-2011” ifaçıları Maltada çıxış ediblər (YENİ FOTOLAR)

16 Aprel 2011, 20:17

Eldar və Nigarın tanıtım turu səfərləri davam edir


Azərbaycanın “Eurovision-2011” Mahnı Müsabiqəsindəki təmsilçiləri Eldar və Nigar  tanıtım turu çərçivəsində ilk səfərlərini aprelin 15-də Maltaya edib.

İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsindən Modern.az-a verilən məlumata görə, Malta televiziyasında olan təmsilçilərimiz mayın 10-da Almaniyanın Düsseldorf şəhərində "Eurovision" səhnəsində ifa edəcəkləri  “Running Scared” mahnısı ilə çıxış ediblər.

Daha sonra Maltanın "Eurovision" təmsilçisi Qlen Vellanın CD-lərin imzalanması mərasimində iştirak edən  Eldar və Nigar  yerli “PBS  news”,  “Malta Sundey Times” və digər media  mənsublarına müsahibə veriblər.

Maltaya ilk dəfə səfər etdiklərini deyən Eldar və Nigar buranın gözəl təbiət mənzələrələrinə, zəngin mədəniyyətinə və qonaqpərvər insanlarına heyran olduqlarını bildiriblər.

Eldar və Nigar “Running Scared” mahnısının Maltada müsbət təəssürat yaratdığını deyib.  “Burda uzun müddət qalmaq istərdim, amma qarşıda bizi Sankt-Perterburq gözləyir” deyib.

Xatırladaq ki, Eurovision təmsilçilərimiz tanıtım turu çərçivəsində yaxın günlərdə  Sankt-Peterburq, Tallin və San-Marinoya səfər edəcəklər.




Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?