Modern.az

Polis bu günkü mitinq əleyhinə ciddi tədbirlər görür

Polis bu günkü mitinq əleyhinə ciddi tədbirlər görür

17 Aprel 2011, 14:43


Müxalifətin birləşdiyi İctimai Palata bu gün 16.00-da metronun «Sahil» stansiyası qarşısında etiraz aksiyası palanlaşdırıb. Aksiya şəhər rəhbərliyi ilə razılaşdırılmayıb. İctimai Palatanın Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi müraciətində aksiyanın metronun «Nərimanov» stansiyasinın qarşısında keçirilməsi istənilsə də, buna icazə verilməyib. Şəhər rəhbərliyi aksiyanın təşkilatşılarına yenə Səbail rayonunundakı «20-ci sahə»də sürücülük məktəbinin həyətini təklif edib.

İctima Palata isə şəhər rəhbərliyinin bu təklifini qəbul etmir. Onlar metronun «Sahil» stansiyası qarşısında istəklərini gerçələşdirəcəylərini bəyan ediblər.

Bakı şəhər Baş Polis İdarəsinə çağırılan İctimai Palatanın Mitinq Komitəsinin üzvləri Asəf Quliyev, Hüseyn Məlikov, Fikrət Cəfərov və Əli Orucova xəbərdarlıq edilib vnlardan razılaşdırılmamış mitinqə çaxmamaq tələb olunub.
İctima Palata isə 7 aprel mitinqi ilə bağlı qətnamə və bəyanatla çıxış edib.

Bu günə təyin edilən mitinqlə bağlı polis şəhərin mərkəzində ciddi tədbirlər görüb. Metronun “28 may”, “İçərişəhər” və “Sahil” stansiyaları ətrafında polis maşınları cəmləşib, polislər  vətəndaşların hərəkətinə nəzarət edir.

«Sahil» bağına yaxın mərkəzi küçələrdən biri iki tərəfdən bağlanıb. 28 May küçəsinin bağa tərəf yaxın hissəsində yola beton dirək uzadılıb, qadağan lenti çəkilib və maşınlar düzülüb. Küçənin digər başında da eyni vəziyyət yaradılıb. Ərazidə olan Bakı şəhər icra hakimiyyətinin işçiləri “Azadlıq” radiosuna bildiriblər ki, həmin küçədə bu gün ağacların budama işləri aparıldığından küçədə hərəkətə məhdudiyyətlər yaranıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?