Modern.az

İbrahim Tatlısəs gəzməyə başlayıb

İbrahim Tatlısəs gəzməyə başlayıb

Təhsil

20 Aprel 2011, 11:10

Məşhur türk müğənni, bu yaxınlarda silahlı basqına məruz qalan İbrahim Tatlısəs artıq gəzməyə başlayıb. Modern.az türk mediasına istinadən bildrir ki, bu barədə onun köməkçisi Damla Buket Çakıcı məlumat verib.

Hücum vaxtı müğənninin avtomobilində olan və bədəninə 2 güllə dəyərək yaralanan asissent Damla Buket Çakıcı müğənninin səhhətində müsbətə doğru irəliləmə olduğunu deyib:
“Şükrlər olsun ki, İbrahim bəyin səhhəti yaxşılaşır. Beyni və vücudu fizioterapiyaya cavab verir. Artıq addım atmağa başlayıb və yavaş-yavaş gəzir. Hələlik heç bir problem yoxdur. Nə vaxt qayıdacağı isə məlum deyil”.

Atasının sağalması üçün 40 qurban deyən Əhməd Tatlı isə müğənninin səhhətinin düzəlməsi ilə nəzirini yerinə yetirib və qurban kəsdirərək kasıblara paylayıb.

Xatırladaq ki, Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs martın 14-də gecə televiziya proqramından çıxarkən silahlı hücuma məruz qalaraq ağır yaralanmışdı . Uzun müddət Türkiyədə müalicə olunan müğənni daha sonra fizioterapiya üçün Almaniyaya aparılmışdı.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?