Amerika prezidenti Barak Obama bu gün ilk dəfə olaraq ABŞ vətəndaşları ilə "Facebook" vasitəsi ilə danışacaq.
Modern.az-ın "RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, Obama bu görüşü reallaşdırmaq üçün artıq ABŞ Kaliforniya ştatına yollanıb. Ağ ev Prezidentin səfəri ilə bağlı açıqlama yayıb:
"Bu gün Obama "Facebook" vasitəsi ilə amerikalılarla iqtisadiyyat barədə danışacaq. Prezident vətəndaşları ilə mürəkkəb məsələləri müzakirə edəcək. Xüsusi ilə iqtisadiyyatı maliyyə nöqteyi-nəzərindən daha uğurlu yola qaytarmaq barədə söhbətlər aparacaq. Görüşdə həmçinin ABŞ-ın rəqabəti mümkün olan innovasiyalara sərmayə ayırmaq məsələsi də müzakirə ediləcək".