Modern.az

Azərbyacan Qarabağa gedən lordlar palatasının üzvlərini “persona-non-qrata” elan edib

Azərbyacan Qarabağa gedən lordlar palatasının üzvlərini “persona-non-qrata” elan edib

20 Aprel 2011, 16:37


Bir qrup ingilis deputat bu gün qondarma “DQR”-in “rəhbərliyi ilə görüşüb

Azərbaycan XİN: “İnsident araşdırlır...”

Baronessa Kerolayn Koksun rəhbərliyi ilə Böyük Brtaniya Lordlar Palatasının üzvləri Dağlıq Qarabağda olublar. Modern.az “arminfo”ya istinadən bildirir ki, bu gün onlar qondarma “DQR”-in rəhbəri Bako Saakyanla görüşüblər. Görüş zamanı hər iki tərəf gələcək əlaqələrin genişiləndirilmısinin vacibliyini vurğulayıblar.

Azərbaycan ingilis deputatların işğal olunmuş ərazilərimizə səfərinə etirazını ifadə edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Modern.az-a açıqlamasında bildirib ki, hazırda bu insident araşdırılır.
“Məsələnin araşdıırlması ilə bağlı tapşırıq verilib. Əgər səfər faktı təsdiq olunsa, o zaman ingilis deputatlar “qara siyahı”ya salınacaq. Onların Azərbyacana gəlişi qadağan ediləcək. Azərbaycanın İngiltərədəki səfirliyinə də məsələnin araşdırılması ilə bağlı xüsusi tapşırıq verilib”-deyə E.Poluxov qeyd edib.

Qeyd edək ki,  Ermənistanda səfərdə olan Böyük Britaniya parlamentinin üzvləri bura ingilis deputatlar baronessa Kerolayn Koksun rəhbərlik etdiyi erməni - Britaniya birgə parlament qrupunun təkibində gəliblər. Lordlar Palatasının üzvləri ilk dəfədir  Ermənistana gəlirlər.

Xatırladaq ki, ermənilərin dostu kimi məşhur olan baronessa Koks bir neçə dəfə Dağlıq Qarabağa gəlib. Onun səfərləri Azərbaycan hakimiyyətinin ciddi narazılığı ilə müşayiət olunub. Bu səfərlə bağlı verilən açıqlamada Koksun səfərinin şəxsi xarakter daşıdığı açıqlanıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?