Modern.az

Prezident “Milli Atlas”ı hazırlamağı tapşırdı...(Redaksiya heyətinin tərkibi)

Prezident “Milli Atlas”ı hazırlamağı tapşırdı...(Redaksiya heyətinin tərkibi)

20 Aprel 2011, 19:37

Sərəncamda deyilir ki, ölkəmizə aid xəritələr mövcud akademik nəşrlərdə lazımınca əhatə olunmayıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Milli Atlası”nın nəşri haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından etibarən ötən iyirmi il ərzində xalqımızın ictimai-siyasi və elmi-mədəni həyatı ilə bağlı nailiyyətləri əks etdirən mühüm əhəmiyyətə malik bir sıra nəşrlər işıq üzü görüb. Bununla yanaşı, respublikamıza aid xəritələr mövcud akademik nəşrlərdə lazımınca əhatə olunmayıb.

Prezident  “Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin tərkibini də təsdiq edib. Redaksiya heyətinin sədri Baş nazir Artur Rasizadə təyin edilib. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov sədrin müavini olacaq. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov isə məsul katib postunu tutacaq.

Redaksiya heyətinin üzvləri

Elmar Məmmədyarov – Xarici işlər naziri
Şahin Mustafayev – İqtisadi inkişaf naziri
Natiq Əliyev – Sənaye və energetika naziri
Ziya Məmmədov – Nəqliyyat naziri
İsmət Abasov – Kənd təsərrüfatı naziri
Hüseynqulu Bağırov – Ekologiya və təbii sərvətlər naziri
Əbülfəs Qarayev – Mədəniyyət və turizm naziri
Misir Mərdanov – Təhsil naziri
Oqtay Şirəliyev – Səhiyyə naziri
Əli Abbasov – Rabitə və informasiya texnologiyaları naziri
Azad Rəhimov – İdman və gənclər naziri
Arif Vəliyev – Dövlət Statistika Komitəsinin sədri
Akif Əlizadə – AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Geologiya İnstitutunun direktoru
Xoşbəxt Yusifzadə – AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
Ağamusa Axundov – AMEA-nın həqiqi üzvü, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Dilçilik İnstitutunun direktoru
Əhliman Əmiraslanov – AMEA-nın həqiqi üzvü, AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan Tibb Universitetinin rektoru
Budaq Budaqov – AMEA-nın həqiqi üzvü, AMEA-nın Coğrafiya İnstitutunun direktoru
Abel Məhərrəmov – AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru
Ziyad Səmədzadə – AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri
Yaqub Mahmudov – AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin kafedra müdiri
Məhərrəm Babayev – AMEA-nın müxbir üzvü, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru

 Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?