Modern.az

YAP-ın Nəsimi təşkilatı tələbələrə maddi yardım verəcək

YAP-ın Nəsimi təşkilatı tələbələrə maddi yardım verəcək

21 Aprel 2011, 13:22

Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 88 illiyi və Azərrbaycan Respublikasının müstəqilliyimizin bərpa olunmasının 20 illiyini nəzərə alaraq bir sıra silsilə tədbirlərin keçirilməsini qərara alıb.
Təşkilatdan Modern.az saytına bildirilib ki, bu tədbirlər siyasi mahiyyət daşımaqla bərabər, həm də xeyriyyəçilik və sosial yönümlü olacaq.

Nəsimi rayonu ərazisində bir çox ali məktəblər və onların tələbə yataqxanaları yerləşir. YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızının iştirakı ilə silsilə təbdirlərdən biri kimi bu tələbə yataqxanalında yaşayan sosial vəziyyəti nisbətən çətin olan tələbələrlə görüş keçiriləcək. Bu görüşdə həmin tələbələrin sosial problemləri dinləniləcək, onalara maddi yardım göstəriləcək.

İlk belə görüş 22 aprel tarixində saat 15.00-da Bakı Slavyan Universitetinin tələbə yataqxanasında keçiriləcək.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?