Modern.az

İlham Əliyev gəncləri qəbul edib, problemlərini dinlədi

İlham Əliyev gəncləri qəbul edib, problemlərini dinlədi

Təhsil

21 Aprel 2011, 14:39

Ölkə başçısı İlham Əliyev bu gün Prezident Administrasiyasında bir qrup ictimai-fəal gənci qəbul edib. Görüşdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayilov, müavini Səadət İmanova, bir sıra gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak ediblər. Bu barədə məlumat  Modern.az saytına ATGTİ-nin Mətbuat xidmətindən verilib.
Görüşdə gənclərin ictimai-siyasi fəallığından, sosial problemlərindən, ölkənin gənclər siyasətindən, bu istiqamətdə  imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı haqqında” Sərəncamının  əhəmiyyətindən danışan  Prezident gənclərin fikirlərini dinləyib, problemləri ilə tanış olub, gənclərin təşəbbüskarlığının vacibliyini vurğulayıb.

Sonda gənclərlə xatirə şəkli çəkdirən Prezident İlham Əliyev onlara uğurlar arzulayıb.

Qeyd edək ki, ATGTİ-nin sədri Ş.İsmayilov “Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı”nın layihəsinin hazırlamnasın üçün yaradılmış İşçı qrupunun üzvüdür. Həmin işçi qrupuna Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev sədrlik edir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?