Modern.az

Dənizdə boğulan 4 balıqçıdan 2-nin meyiti tapılıb

Dənizdə boğulan 4 balıqçıdan 2-nin meyiti tapılıb

21 Aprel 2011, 16:02

Xəzər dənizində balıqçı qayığının batması və içindəki balıqçıların aqibəti ilə bağlı Fövqəlada Hallar Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində sahildən 10 km aralıda dənizdə çevrilmiş qayığın aşkarlanması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb edilib. Görülən tədbirlər nəticəsində 21 aprel 2011-ci il tarixində saat 11:52 və 12:45 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində sahildən 3 km aralıda 1989-cu il təvəllüdlü Bəylər Mövlanverdi oğlu Hətəmov və 1980-cı il təvəllüdlü Pavel Viktoroviç Vasilyevin cəsədləri suda aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Hazırda hadisə zamanı qayıqda olduğu ehtimal edilən digər 2 şəxsin axtarışları davam etdirilir.

Xatırladaq ki, hadisə aprelin 20-də, axşam saatlarında Xəzər dənizinin Tağıyev qəsəbəsinə düşən ərazisində qeydə alınıb. Balıq tutmaq üçün dənizə çıxan dörd Sumqayıt sakininin olduğu qayıq dənizdə çevrilib.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?