Modern.az

Kürboyu ərazilərdə bəndvurma işləri nə yerdədir, sel təhlükəsi varmı?

Kürboyu ərazilərdə bəndvurma işləri nə yerdədir, sel təhlükəsi varmı?

Təhsil

21 Aprel 2011, 16:17

Yazqabağı dağlarda qarın əriməsi nəticəsində çaylarda su sərfi artır. Böyük çaylarda, o cümlədən Kürdə suyun səviyəsi qalxır və ətraf ərazilərin subasma təhlükəsi yaranır. Baş verə biləcək sel təhlükəsinin qarşısının alınması istiqamətində hansı qabaqlayıcı tədbirlər görülür? Kürətrafı ərazilərdə bəndvurma işləri yekunlaşıbmı? Keçənilki daşqınlar təkrarlanmayacaq ki?

Modern.az saytının əməkdaşı bu suallarla “Melorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Su Anbarları və Su Qovşaqları İstismar İdarəsinin rəisi Əbdürrəhim Hacıyevə müraciət edib. Modern.az-a açıqlamasında Ə.Hacıyev bildirib ki, Kürətrafı rayonlarda 272 kilometr uzunluda bəndlər yüksək keyfiyyətlə qurulub və bu ayın ayın axırına kimi işlər başa çatar.
Ə.Hacıyev deyib ki, bəndvurma işləri bütün Kürqırağı rayonlarda aparılır. Onun sözlərinə görə, Ağcəbədi, İmişli, Zərdab, Saatlı, Neftçala, Salyan, Hacıqabul, Şirvanda işlər yekunlaşmaq üzrədir.
Ə.Hacıyev 2010-cu ildə 360 kilometr bəndvurma işlərinin aparıldığını bildirib.

İdarə rəisi deyib ki, keçənilki daşqınlar bu il təkrar olunmayacaq.

Mail Ağaxanov

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?