Modern.az

Hacıbala Abutalıbov islamçıların mitinq müraciətinə rədd cavabı verdi

Hacıbala Abutalıbov islamçıların mitinq müraciətinə rədd cavabı verdi

Təhsil

21 Aprel 2011, 16:22

Dindarlara heç Bibiheybətdəki meydan da təklif edilməyib

Bakı Şəhər İcra Hakimiyyəti Azərvbaycan İslam Partiyasının (AİP) mitinqlə bağlı müraciətinə rədd cavabı verib. Şəhər rəhbərliyi AİP-in kütləvi aksiya keçirməsini məqsədəuyğun hesab etməyib.

Modern.az-a açıqlamasında AİP-in mətbuat xidmətinin rəhbəri Hacı Akif Əlizadə bildirib ki, BŞİH partiyaya ünvanladığı cavab məktubunda AİP üçün 10 minlik mitinq keçirməyin və təşkil etməyin çətinlik yaradacağını qeyd edib. “Odur ki, aksiyanın keçirilməsi məqsədəuyğun hesab edilməyib”-deyə A.Əlizadə bildirib.

AİP rəsmisinin sözlərinə görə, müraciətlərində alternativ yerlərin göstərilməsi ilə bağlı xahiş qeyd olunsa da, meriya buna məhəl qoymayıb.
“Biz demişdik ki, şəhər rəhbərliyinin göstərdiyi istənilən yerdə aksiya keçirəcəyik. Amma bizə heç bir alternativ yer də təklif edilməyib”-deyə o vurğulayıb.

A.Əlizadə qeyd edib ki, mitinq keçirmək barədə növbəti qərar partiyanın rayon təşkilatlarının birgə toplantısında veriləcək.
“Əvvəldən demişdik ki, patya qanunlara hörmət əlaməti olaraq icazəsiz  aksiya keçirməyəcək. Bu tələbimiz növbəti müraciətə qədər idi. Növbəti qərar AİP-in rayon təşkilatlarının iştirakı ilə birlikdə veriləcək. Mitinqin keçirilməsi ilə bağlı mövqe bu qərarımızdan sonra açıqlanacaq”-deyə A. Əlizadə bildirib.   

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?