Millət vəkili Məlahət İbrahımqızının dəstəyi ilə Nəsrəddin Tusi adına Klinika Şəmkirdə pulsuz müayinə keçirəcək.
Modern.az-a açıqlamasında millət vəkili bunun mərhum oftamoloq Zərifə Əliyevanın ad gününə həsr olunduğunu və 28 aprel tarixində baş tutacağını deyib.
“Bu müayinə əsasən imkansız ailələr, qaçqın və məcburi köçkünlər, Qarabağ əlillərinin check-up edilməsi üçün təşkil edilib.Müayinənin hələlik bir-iki gün keçirilməsi nəzərdə tutulur. Əgər tələbat çox olarsa, vaxtın uzadılması da mümkün olar” deyə millət vəkli əlavə edib.
Aytən ƏLİYEVA