Modern.az

Metyu Brayza Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir ofisinə baş çəkib

Metyu Brayza Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir ofisinə baş çəkib

3 May 2011, 18:08


ABŞ Səfiri Metyu Brayza bu gün Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional ofisində olub. Səfir mərkəzin fəaliyyəti və əməkdaşları ilə yaxından tanış olub, iş prinsipi ilə maraqlanıb.

Ofisin koordinatoru Tural Kərimov ABŞ səfirinə mərkəzin bu günə qədər həyata keçirdiyi layihələr və gələcək planlar haqqında da məlumat verib.

Səfir də öz növbəsində ofisin fəaliyyətini yüksək qiymətləndirib və əməkdaşlara uğurlar arzu edib. Ofisin əməkdaşları sonda Metyu Brayzaya Azərbaycan bayrağını hədiyyə ediblər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir