Modern.az

“Eurovision-2011”-in ikinci yarımfinalı keçirilib

“Eurovision-2011”-in ikinci yarımfinalı keçirilib

13 May 2011, 10:31

56-cı "Eurovision" Mahnı Müsabiqəsinin ikinci yarımfinal mərhələsi başa çatıb. Bu yarımfinal mərhələsində də 19 ölkə yarışıb. Onlardan 10 ölkə finala vəsiqə qazanıb. Həmin ölkələr aşağıdakılardır:

Estoniya
Rumıniya
Moldova
İrlandiya
Bosniya və Hersoqovina
Danimarka
Avstriya
Ukrayna
Sloveniya
İsveç

Yarışmanın ikinci mərhələsində çıxış edən Belarus, Belçika, Bolqarıstan, Kipr, Makedoniya, İsrail, Latviya ,Slovakiya və Niderland isə finala keçə bilməyib.

Almaniyanın Düsseldorf şəhərində keçirilən Eurovision-2011 Mahnı Müsabiqəsinin finalına vəsiqə qazanan bütün ölkələrin adları artıq bəllidir. Mayın 14-də keçiriləcək final mərhələsində 25 ölkə öz ifalarını təqdim edəcək.

Xatırladaq ki, finalda təmsilçilərimiz Eldar və Nigar 19-cu çıxış edəcəklər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat