Modern.az

Maliyyə Nazirliyinin kurslarında korrupsiya ilə mübarizə üzrə mühazirələr oxunub

Maliyyə Nazirliyinin kurslarında korrupsiya ilə mübarizə üzrə mühazirələr oxunub

1 İyun 2011, 18:00

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışları olub. Bu barədə Modern.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq, cari ilin 21 - 26 may və 18-27 may tarixlərində Maliyyə Elm-Tədris Mərkəzində rayon (şəhər) üzrə maliyyə idarələrinin (şöbələrinin), xəzinə­dar­lıq idarələrinin, Naxçıvan MR Maliyyə Nazirliyinin dövlət qulluqçuları üçün müvafiq olaraq “Dövlət gəlirləri, vergilərin proqnozlaşdırılması və iqtisadi təhlili” və “Xəzinə əməliyyatlarının təşkili və aparılması” mövzularında 2 qrup üzrə ixtisasartırma kursları təşkil edilib.  

Tədris müddətində I qrup dinləyicilər qarşısında “Dövlət gəlirlərinin, vergilərinin proqnozlaşdırılmasının metodologiyası və iqtisadi təhlili”, “Qeyri-vergi gəlirlərinin formalaşması və iqtisadi təhlili”, “İnkişaf etmiş dövlətlərdə vergi islahatları praktikası”, II qrup dinləyicilər qarşısında isə “Xəzinədarlıq sisteminin mahiyyəti, əhəmiyyəti və üstünlükləri”, “Maliyyə planlaşdırılması: məqsəd və vəzifələr”, “Xəzinədarlığın informasiya idarəetmə sis­teminin mahiyyəti” və digər mövzularda mühazirələr oxunub.
Bunlarla yanaşı, dinləyicilər “Şəffaflığın artı­rılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın Maliyyə Nazir­li­yində həyata keçirilməsi barədə”, “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzularında mühazirələr də dinləyiblər. Tədrisi müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamə verilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat