Modern.az

Deputat: “Ərəb dünyasında baş verən hadisələrin müzakirəsində iştirak etdik”

Deputat: “Ərəb dünyasında baş verən hadisələrin müzakirəsində iştirak etdik”

2 İyun 2011, 11:29

Azərbaycanlı millət vəkilləri NATO Paralament Assabmbleyasının iclasından qayıdıblar.

Bu barədə Modern.az-a Azərbaycanın NATO-dakı Parlament Assembleyasının nümayəndə heyətinin üzvi Məlahət İbrahimqızı məlumat verib.

O qeyd edib ki, plenar iclasda Azərbaycanla bağlı hər hansı müzakirə olunmayıb: “Əsas müzakirə mövzusu ərəb dünyasında baş verən hadisələrlə bağlı oldu. Qərara alındı ki, NATO Liviyadakı əməliyyatlarını bundan sonrada davam etdirsin. Bundan başqa, Yaponiyada baş verən son hadisələr - sunami və bunun nəticəsində atom elektrik stansiyasının törətdiyi fəsadlar müzakirə olundu. Ümumiyyətlə, dünyada atom elektrik stansiyasının fəsadları ilə bağlı məsələlər də gündəmə gətirildi”.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat