Modern.az

İlham Əliyev Sərkisyanla görüşmək üçün Kazana gəlib

İlham Əliyev Sərkisyanla görüşmək üçün Kazana gəlib

23 İyun 2011, 23:57


İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Tatarıstan Respublikasına işgüzar səfərə gəlib. Azərbaycan prezidentini Kazanın Beynəlxalq aeroportunda Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanov və digər rəsmi şəxslər qarşılayıblar. Milli geyimli qızlar Prezident İlham Əliyevə duz-çörək təqdim ediblər. (AzərTAc).
Modern.az-ın məlumatına görə, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün yenidən bir araya gələcəklər. Prezidentərin növbəti görüşü Dmitri Medvedevin də iştirakı ilə Rusiyanın Kazan şəhərində baş tutacaq. İyunun 24-də baş tutacaq Kazan görüşü münaqişə tərəflərinin cari ildə sayca ikici görüşü olacaq.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə