Modern.az

“Kommersant”: “Kazanda ortaya gözlənilməz sürprizilər çıxa bilər”

“Kommersant”: “Kazanda ortaya gözlənilməz sürprizilər çıxa bilər”

24 İyun 2011, 11:31


“İrəvan və Bakıda  Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı baza prinsiplərini imzalamaq üçün prinsipial hazırlıq var”.  Modern.az bildirir ki, bu barədə “Kommersant” qəzeti  Rusiya rəhbərliyində yüksək vəzifə tutan mənbəyə istinadən məlumat yayıb.

“Rusiya prezidentinin triumfuna mane ola biləcək yeganə səbəb-danışıqlar zamanı ortaya çıxa biləcək gözlənilməz sürprizilər ola bilər. Yekun qərar Kazanda təsdiq olunacaq. Odur ki, qəfil çətinliklərdən biz sığortalanmamışıq”-deyə mənbə qəzetə bildirib. Onun sözlərinə görə, prezident Dimitri Medvedev Qarabağ münaqişəsinin tənzimlənməsini özünün şəxsi missiyası kimi qəbul edir.

X. Səfəroğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə