Modern.az

Qafqaz Müsəlamanları İdarəsi yeni şeyxə cavab verdi

Qafqaz Müsəlamanları İdarəsi yeni şeyxə cavab verdi

30 İyun 2011, 19:36

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi öz fəaliyyətini davam etdirəcək. Bu sözləri Modern.az-a açıqlamasında QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Gürcüstan Müsəlmanlar İdarəsinin legitim qurum kimi rəsmi Tiflis tərəfindən tanınması ilə bağlı açıqlamanı şərh edərkən bildirib.

Onun sözlərinə görə,  Qafqaz şeyxi hacı Allahşükür Paşazadə bu məsələ ilə bağlı hər hansı mövqe bildirməyəcək. R.Dadaşova bildirib ki, QMİ-nin Tiflisdəki nümayəndəliyinin yerləşdiyi mərkəz var və nümayəndə Bakıdan əməkhaqqı alır.

“Qafqaz Müsəlmanları İdarəsi tarixən Gürcüstandakı soydaşlamızın dini mərkəzi kimi çıxış edib. Bu mənəvi əlaqələri qırmaq olmaz”-deyə QMİ nümayəndəsi vurğulayıb. R.Dadaşova deyib ki, şeyx bu məsələ barədə özünün münasibətini açıqlayıb. Qarşı tərəf isə əməkdaşlığı davam etdirəcəyini bildirib.

Gürcüstanın yeni şeyxi elan edilən Vaqif Əkbərov bu gün verdiyi açıqlamada rəsmi Tiflisin Gürcüstan Müsəlmanları İdarəsinin legitimliyini tanıdığını bəyan edib. Onun sözlərinə görə, hər iki tərəf əməkdaşlığa hazır olduğunu bəyan edib. “Bizim idarə Gürcüstan höküməti ilə sıx əməkdaşlıq etmək niyətindədir. İndi bizim idarə inzibati bina üçün torpaq sahəsinin ayrılması və onun GMİ-nin mülkiyyətinə verilmısi ilə bağlı danışıqlar aparmağa hazırlaşır”-deyə şeyx vurğulayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə