Modern.az

İran parlamentinin sədri Azərbaycana gəlib

İran parlamentinin sədri Azərbaycana gəlib

Təhsil

1 İyul 2011, 10:36

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricani iyunun 30-da Azərbaycana rəsmi səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədinin birinci müavini Ziyafət Əsgərov, parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və digər rəsmi şəxslər qarşılayıblar.
Əli Laricani hava limanında jurnalistlərə bildirib ki, İran ilə Azərbaycan arasındakı dostluq əlaqələrinin qədim tarixi var. Səfərin əsas məqsədi parlamentlərarası əməkdaşlığımızın daha da genişlənməsinə dair məsləhətləşmələr aparmaqdır.
Əli Laricani ölkəmizə rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək. O, iyulun 2-də  mətbuat konfransı keçirəcək, daha sonra Gəncəyə gedəcək. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə