Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Kazan görüşünün nəticələrini yekunlarını şərh etməkdən imtina edib. Modern.az ermənilərin müxalifətyönlü “armtudey” portalına instinadən bildirir ki, Erməni Milli Konqresinin dünən keçilirən mitinqində çıxış edən eks-prezident bildirib ki, görüşün təfəərrüatları gizli saxlanılır.
“Bu görüşdə ciddi hadisələr baş verib. Ona görə də mən hələlik hər hansı mövqe bildirmək istəmirəm”-deyə L.Petrosyan vurğulayıb.
O yalnız bildirib ki, rəhbərlik etdiyi Hərəkat “Qarabağ rəhbərliyinin və xalqının qəbul etdiyi istənilən qərarı dəstəkləyəcək”.